İŞİD yaraqlıları yenidən kimyəvi silahdan istifadə edib

İŞİD yaraqlıları yenidən kimyəvi silahdan istifadə edib Britaniyalı hərbi təlimatçının sözlərinə görə, yaraqlılar qazabənzər xlor və ya xardal qazından istifadə edib
Digər ölkələr
22 Aprel , 2016 11:50
İŞİD yaraqlıları yenidən kimyəvi silahdan istifadə edib

Bakı. 22 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları İraqın şimalında, Mosul şəhəri yaxınlığında kürd könüllülərinə (peşmərgə) kimyəvi silahdan istifadə etməklə hücumları bərpa edib.

"Report" "The Daily Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu barədə böyük britaniyalı hərbi təlimatçı Hemiş de Bretton Qordon məlumat verib.

Onun sözlərinə görə, yaraqlılar qazabənzər xlor və ya xardal qazından istifadə edib.

"İŞİD terrorçuları son 6 həftə ərzində azı 10 dəfə kimyəvi silahdan yararlanmaqla hücum edib. Görünür, yaraqlıların ön cəbhədə kimyəvi silahları var", - deyə təlimatçı bildirib.

Qeyd edək ki, yaraqlılar dəfələrlə Mosulun ələ keçirilməsi üçün hücum olacağı təqdirdə onu qorumaq üçün istənilən vasitəyə əl atacaqlarını bəyan edib. 

Son xəbərlər

Orphus sistemi