Yuxarı
    Bağlamaq

    İŞİD yaraqlıları İraqın şimalında neft emalı mərkəzini ələ keçiriblər, 15 işçi itkin düşüb

    North Oil Co. şirkətinin mühəndisi bildirib ki, işçilər əsir götürülə bilər

    Bakı. 31 yanvar. REPORT.AZ/ "İslam dövləti" qruplaşmasının yaraqlıları İraqın şimalında Kərkük şəhərinin yaxınlığında neft hasilatı və emalı üzrə mərkəzini ələ keçiriblər. "Report"  "Reuters"ə istinadən xəbər verir ki, mərkəzin 15 işçisi itgin düşüb.   

    "Bizə bir işçi zəng vurub və bildirib ki, mərkəzi onlarla döyüşçü əhatə edib və işçilərdən oranı tərk etməyi xahiş ediblər. Sonradan əlaqə kəsilib və indi bu işçilər əsir götürülə bilər", - North Oil Co. şirkətinin mühəndisi bildirib. 

     "İslam dövləti" qruplaşmasının yaraqlıları cümə günü Kərkükən cənub-qərbə hücum edərək, Həbbaz yatağının bir hissəsi də daxil olmaqla bir sıra rayonları ələ keçiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi