Yuxarı
    Bağlamaq

    İŞİD yaraqlıları İraqın qərbində 170 nəfəri oğurlayıb

    Oğurlanan şəxslərin taleyi məlum deyil

    Bakı. 16 yanvar. REPORT.AZ/ "İslam Dövləti" qruplaşmasının yaraqlıları İraqın qərbində 172 sakini oğurlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə dünən Ənbar əyalətindəki Əl-Fəlluca şəhərində baş verib. 

    "İŞİD yaraqlıları Əl-Fəllucanın 172 sakinini İraqın təhlükəsizlik qüvvələrini dəstəkləyən "Əs-Səhva" üzvlərinə dəstək göstərməkdə ittiham edərək, qaçırıb", - ölkənin təhlükəsizlik qüvvələrindəki mənbədən bildiriblər. Oğurlanan şəxslərin taleyi məlum deyil.

    İraqda "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə aparan "Əs-Səhva" hökumətyönümlü birləşmənin üzvləri fəaliyyət göstərir.

    İŞİD yaraqlıları dəfələrlə "Əs-Səhva" tərəfdaşlarına, eləcə də birləşmənin üzvlərinə hücum ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi