İŞİD yaraqlıları Homsda iki qaz yatağını ələ keçirib

İŞİD yaraqlıları Homsda iki qaz yatağını ələ keçirib Suriya ordusu qonşu Cezal yatağında terrorçularla şiddətli döyüş aparır
Digər ölkələr
11 May , 2016 11:41
İŞİD yaraqlıları Homsda iki qaz yatağını ələ keçirib

Bakı. 11 may. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın şərqində yerləşən Homs əyalətində təhlükəli əks-hücum həyata keçirib. "Report" TASS-a istinadən xəbər verir ki, nəticədə "Şaer" və "Mahr" qaz yataqları İŞİD-in nəzarətinə keçib.

Livanın "As-Safir" qəzetinin yazdığına görə, hökumət qüvvələri qonşu Cezal yatağında terrorçularla şiddətli döyüş aparır və hərbi aerodromdan 10 km məsafədə yerləşən hərbi kazarmalara nəzarəti ələ almağa çalışır.

Qəzetin yazdığına görə, yaraqlılar aviabazaya gedən yolda qurulmuş iki nəzarət-buraxılış məntəqəsini ələ keçirib və kazarmaya hücum edib. Qeyri-rəsmi informasiyalara görə, terrorçular hətta bu ərazidə Suriya HHQ-yə məxsus vertolyot da vurub.

"As-Safir" qeyd edib ki, yaraqlılar həmçinin Havatima yaşayış məntəqəsinə soxulub yenidən qədim Palmira şəhərini ələ keçirməklə bağlı hədə-qorxu gəlmək istəyir.

Son xəbərlər

Orphus sistemi