İŞİD yaraqlıları Braziliyada terror aktı keçirməklə hədələyib

İŞİD yaraqlıları Braziliyada terror aktı keçirməklə hədələyib 2016-cı ilin yayında Braziliyada Olimpiya Oyunları keçiriləcək
Digər ölkələr
15 Aprel , 2016 08:56
İŞİD yaraqlıları Braziliyada terror aktı keçirməklə hədələyib

Bakı. 15 aprel. REPORT.AZ/ "İslam Dövləti" terror qruplaşmasının yaraqlıları 2016-cı ilin yayında Olimpiya Oyunlarının baş tutacağı Braziliyada terror aktı keçirməklə hədələyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, son bir neçə ayda Braziliyada təhlükə səviyyəsi digər ölkələrdəki terror aktları ilə əlaqədar artıb. 

Qeyd edək ki, Olimpiada Braziliyanın Rio-de-Janeyro şəhərində avqust ayının 5-dən 21-nə kimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi