Bakı. 27 sentyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları azı 30 iraqlı polisi girov götürüb.
"Report" TASS-a istinadən xəbər verir ki, insident Ramadinin cənub-qərbində, Bağdaddan 100 km aralıda baş verib.
Qeyd edək ki, Anbar vilayətinin inzibati mərkəzi olan Ramadi şəhərinin cənub-qərbində İŞİD yaraqlılarının bir sıra müqavimət ocaqları qalır.
Xatırladaq ki, sentyabrın 16-da İraqın hökumət qüvvələri Anbarda terrorçuların mövqelərinə doğru genişmiqyaslı hücumlara başlayıb.