​İŞİD Ukraynanı düşmən ölkə elan edib

​İŞİD Ukraynanı düşmən ölkə elan edib Terror qruplaşması 60 ölkə arasında Ukraynanın da adını hallandırıb
Digər ölkələr
25 Noyabr , 2015 22:40
​İŞİD Ukraynanı düşmən ölkə elan edib

Bakı. 25 noyabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) 60 düşmən ölkə arasında Ukraynanın da adının qeyd olunduğu video yayımlayıb.

"Report" xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" nəşri yazıb.

Terrorçular Suriyadakı münaqişəyə adiyyəti olmayan Ukrayna, Polşa, Litva, Moldova və digər dövlətləri beynəlxalq anti-terror koalisiyası ölkələri tərkibinə daxil edib.

Nəşr qeyd edir ki, "YouTube" və "Vimeo"ya yerləşdirilən videolar artıq silinib. Videoda guya Suriyada İŞİD-ə qarşı döyüşən 60 ölkənin siyahısı təqdim olunub. Onların arasında Ukrayna bayrağı da olub.

Son xəbərlər

Orphus sistemi