​İŞİD terrorçuları Rusiyanın aviazərbələrindən məscidlərdə gizlənirlər

​İŞİD terrorçuları Rusiyanın aviazərbələrindən məscidlərdə gizlənirlər "Bizdə terrorçuların öz texnikalarını məscid ətrafında gizlətmələrinə dair videogörüntülər var"
Digər ölkələr
7 Oktyabr , 2015 05:27
​İŞİD terrorçuları Rusiyanın aviazərbələrindən məscidlərdə gizlənirlər

Bakı. 7 oktyabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) silahlıları Rusiyanın aviazərbələrindən məscidlərdə gizlənirlər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib.

"Bu gün bizdə terrorçuların məscidlərdə gizlənməsinə dair məlumat var. Bizdə terrorçuların öz texnikalarını məscid ətrafında gizlətmələrinə dair məlumatlar və videogörüntülər var", — deyə Antonov bildirib.

O qeyd edib ki, Rusiya qeyri-hərbi obyektlərə heç vaxt zərbə endirməyəcək.

"Onlar bizim məscidlərə diqqətlə, hörmətlə yanaşdığımızı bilərək yaxşı başa düşürlər ki, biz heç vaxt heç bir halda qeyri-hərbi obyektlərə zərbə endirməyəcəyik", — deyə nazir müavini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi