​İŞİD terrorçuları Mosulda 19 qızı yandırıb

​İŞİD terrorçuları Mosulda 19 qızı yandırıb Onlar xilafətin yaraqlılarına qul olmaqdan imtina etdiyinə görə cəzalandırılıblar
Digər ölkələr
5 İyun , 2016 13:22
​İŞİD terrorçuları Mosulda 19 qızı yandırıb

Bakı. 5 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərində 19 kürd əsilli qızı sakinlərin gözləri qarşısında edam edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kürdüstan Vətənpərvərlər İttifaqının media mərkəzinə yerli fəal Abdulla əl-Malla xəbər verib.

Məlumata görə, İŞİD terrorçuları Mosul şəhərinin mərkəzindəki meydanlardan birində dəmir qəfəslər quraşdırıb və yüzlərlə insanın gözləri qarşısında 19 kürd əsilli qızı yandıraraq edam ediblər.

"Onlar xilafətin yaraqlılarına qul olmaqdan imtina etdiyinə görə cəzalandırılıblar" – deyə Abdulla əl-Malla bildirib.

Şahidin sözlərinə görə, qızları ağır edamdan xilas etmək üçün heç kim heç nə edə bilməyib.

Son xəbərlər

Orphus sistemi