Bakı. 27 oktyabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) üzvləri Suriyanın Palmir şəhərində yerləşən qədim sütunlardan insanları edam etmək üçün istifadə ediblər.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatına istinadən RİA "Novosti" məlumat yayıb.
Terrorçular üç nəfəri sütunlara bağlayaraq partladıblar.
Palmir xarabalıqları YUNESKO-nun Suriyadakı altı dünya irsi obyektindən biridir. Şəhər mayın ortalarında terrorçuların əlinə keçib.