İŞİD terrorçuları İraqın Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər

İŞİD terrorçuları İraqın Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər Hazırda terrorçularla hökumət qüvvələri arasında atışma gedir
Digər ölkələr
17 Oktyabr , 2017 02:55
İŞİD terrorçuları İraqın Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər
"Reuters"

Bakı. 17 oktyabr. REPORT.AZ/ İŞİD terrorçuları İraqın şimal-qərbində, Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər.

"Report" xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı mənbəyə istinadən xəbər verib.

Qeyd olunur ki, terrorçuların gəlişi vaxtı kəndlərin onlarla sakini evlərindən qaçıb. Hazırda terrorçularla hökumət qüvvələri arasında atışma gedir.

Daha əvvəl İraq ordusu ölkənin şimalında Kərkükü – vilayətin eyniadlı inzibati mərkəzini ələ keçirib. İraq hökuməti bildirib ki, orduya yerli kürdlərlə hər hansı qarşıdurmaya getməmək barədə və ancaq özünümüdafiə çərçivəsində hərəkət etmək əmri verilib.

Son xəbərlər

Orphus sistemi