Bakı. 10 oktyabr. REPORT.AZ/ İraqın Kərkük əyalətinin kəndlərindən birinin 200-dən çox yerli sakini "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri tərəfindən girov götürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
"İŞİD terrorçuları Kərkük əyalətinin cənub-qərbində yerlşən Əz-Zab rayonunda Əl-Halauat kəndinin ən azı 200 sakinini hökumətin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etdiklərinə görə girov götürüblər", - deyə hərbçilər məlumat verib.
Kəndlilər kürd hərbiləşdirilmiş qüvvələri olan "peşmərgə" və İraq hərbçiləri ilə əməkdaşlıqda ittiham olunublar. Terrorçular hələ ki, onların azad olunması müqabilində öz tələblərini açıqlamayıblar.