Bakı. 4 sentyabr. REPORT.AZ/ İraqın Kərkük əyalətində terrorçuların hücumu nəticəsində 10 nəfər həyatını itirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bir qrup İŞİD terrorçusu bazar ertəsi Kərkükün Əbu Şəhir yaşayış məntəqəsinə hücum edib və nəticədə 10 nəfər öldürülüb.
Eyni zamanda hələ ki, heç bir terror təşkilatının hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürmədiyi, lakin bölgədə İŞİD terror qruplaşmasının "yatmış" özəklərinin olduğu bildirilir.