İŞİD terror qruplaşması rəhbərlərinin gizləndiyi yer məlum olub

İŞİD terror qruplaşması rəhbərlərinin gizləndiyi yer məlum olub Terrorçuların rəhbərləri əsasən Əl-Məyadin şəhərində toplaşıblar
Digər ölkələr
16 İyun , 2017 06:55
İŞİD terror qruplaşması rəhbərlərinin gizləndiyi yer məlum olub

Bakı. 16 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşmasının rəhbərlərinin çoxu Suriyanın Rakka, habelə  İraqın Mosul şəhərindən Əl-Məyadin şəhərinə qaçıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Associated Press" ABŞ və Suriyadakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçuların rəhbərləri əsasən İraqla sərhəddə yerləşən Deyr-ez-Zor vilayətinin Əl-Məyadin şəhərində toplaşıblar.

İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə davam edir. İraq hərbçiləri əvvəlcə şəhərin şərq hissəsini azad ediblər, fevraldan isə qərb hissəsində əməliyyata başlayıblar.

Rakka 2013-cü ildən İŞİD-in nəzarəti altındadır. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı hesab edilir.  

Son xəbərlər

Orphus sistemi