​İŞİD terroçuları Suriyadakı qaz yataqlarını ələ keçirib

​İŞİD terroçuları Suriyadakı qaz yataqlarını ələ keçirib Terrorçular Eş-Şaerdəki yataqları növbəti dəfə işğal ediblər
Digər ölkələr
5 May , 2016 02:23
​İŞİD terroçuları Suriyadakı qaz yataqlarını ələ keçirib

Bakı. 5 May. REPORT.AZ/ İŞİD terrorçuları yenidən Suriyanın Hüms şəhərinin şərqində yerləşən nəhəng qaz yataqlarını ələ keçiriblər. "Report" xəbər verir ki, bu haqda "Əl-Mayadin" telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, terrorçular Eş-Şaerdəki yataqları növbəti dəfə işğal ediblər. İŞİD terror qruplaşması Palmiranın azad olunmasından sonra səhrada hücum əməliyyatlarını genişləndirmiş Suriya qoşunlarına arxa cinahdan gözlənilməz zərbə endirərək yataqları ələ keçirib.

"Əl-Mayadin"in məlumatına görə, hazırda hökumət qoşunları terrorçuları tutduqları mövqelərdən sıxışdırmağa çalışır. Suriya Hərbi Hava Qüvvələrləri hücum əməliyyatında orduya havadan dəstək verir.

"Assoşieyted Press"in məlumatına görə isə, İŞİD-in hücum əməliyyatında Suriya ordusunun hərbçiləri də əsir götürülüb.

Qeyd edək ki, Əş-Şaer Suriyanın nəhəng qaz yatağı sayılılr. Suriya ordusu onu İŞİD-dən 2014-cü ildən mühafizə edir.

Bu yataq Suriya iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir və ölkənin bir sıra şəhərlərini enerji ilə təchiz edir. 

Son xəbərlər

Orphus sistemi