İŞİD tərəfində döyüşən 166 Tacikistan vətəndaşına qarşı cinayət işi açılıb

İŞİD tərəfində döyüşən 166 Tacikistan vətəndaşına qarşı cinayət işi açılıb Suriyada və İraqda döyüşən taciklərin əksəriyyəti əmək mühacirləri qismində həmin ölkələrə gediblər
Digər ölkələr
4 Mart , 2016 06:12
İŞİD tərəfində döyüşən 166 Tacikistan vətəndaşına qarşı cinayət işi açılıb

Bakı. 4 mart. REPORT.AZ/ Ekstremist təşkilatların, o cümlədən terrorçu “İŞİD” qruplaşmasının sıralarında min nəfərdən çox Tacikistan vətəndaşı döyüşür, ölkənin baş prokuroru Rahmon Yusuf deyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Tacikistan baş prokuroru Rahmon Yusufun sözlərinə görə, ekstremist qrupların sıralarında 1094 Tacikistan vətəndaşı döyüşür.

“Ötən il 147 vətəndaş vətənə qayıdıb, daha 780 nəfəri barəsində axtarış elan edilib, 31 nəfər İŞİD-ə qoşulmaq məqsədilə ölkədən çıxmağa çalışarkən tutulub, İŞİD tərəfində döyüşən 166 Tacikistan vətəndaşına qarşı cinayət işləri açılıb”, - prokuror bəyan edib.

Onların əksəriyyəti, Rahmon Yusufun sözlərinə görə, ölkədə qadağan olunmuş sələfilər etiqadına sitayiş edir. Suriyada və İraqda döyüşən taciklərin əksəriyyəti əmək mühacirləri qismində həmin ölkələrə gediblər.

Rəsmi məlumatlara görə, şərq müsəlman ölkələrində dini təhsil ocaqlarında mindən çox tacik ilahiyyatçı tələbə qeyri-qanuni olaraq təhsil alır.

Son xəbərlər

Orphus sistemi