Yuxarı

İŞİD ​Tacikistanda terrorçu təşkilat elan edilib

Ölkədə Sələfiyyənin də fəaliyyəti yasaqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Tacikistanın Ali Məhkəməsi İŞİD silahlı qruplaşmasının terrorçu təşkilatlar siyahısına daxil edilməsi və respublika ərazisində fəaliyyətinin yasaqlanması haqda qərar qəbul edib.

"Report" Tacikisitan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Ali Məhkəməsindən bildirilib.

Qərar ölkə Baş Prokurorluğunun müraciətinə əsasən qəbul edilib.

Qeyd edək ki, Tacikistan hakimiyyəti Özbəkistan İslam Hərəkatı, "Camaət-i-Ənsarullah", "Sələfiyyə", "Camoai-təbliği" adlı təşkilatları da terrorçu qruplaşma elan edərək, ölkə ərazisində fəaliyyətlərini yasaqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi