İŞİD Suriyanın şimalındakı Əl-Bab şəhərini tərk edir

İŞİD Suriyanın şimalındakı Əl-Bab şəhərini tərk edir Bu, Türkiyə Silahlı qüvvələrinin keçirdiyi "Fırat Kalkanı" əməliyyatının nəticəsidir
Digər ölkələr
28 Yanvar , 2017 13:32
İŞİD Suriyanın şimalındakı Əl-Bab şəhərini tərk edir

Bakı. 28 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın şimalında yerləşən Əl-Bab şəhərindəki mövqelərini tərk etməyə başlayıblar. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə hərbi mənbələrdən bildirilib. 

Belə ki, kəşfiyyat məlumatına görə, İŞİD idarə mərkəzlərini Əl-Bab şəhərindən cənubda yerləşən  Tadef şəhərinə köçürüb.

Mənbə iddia edir ki, İŞİD-in şəhəri tərk etməsi Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi "Fırat Kalkanı" əməliyyatının nəticəsidir 

Son xəbərlər

Orphus sistemi