Yuxarı
    Bağlamaq

    İŞİD Suriyanın qədim Palmira şəhərini yenidən ələ keçirib

    Bu, Rusiya aviasiyasının hava zərbələrindən sonra baş verib

    Bakı. 11 dekabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın qədim Palmira şəhərini yenidən ələ keçiriblər.

    "Report" xəbər verir ki, bu barədə "Amaq" agentliyinə istinadən "Reuters" məlumat yayıb.

    Məlumata görə, bu, Rusiya Hərbi-Kosmik Qüvvələrinin yaraqlıların şəhərdə mövqe tutmasına mane olmaq üçün endirdiyi silsilə hava zərbələrindən sonra baş verib. Həmin zaman terrorçular şəhəri tərk edərək onun ətrafına çəkiliblər.

    Bununla belə, onlar sonradan Palmir yaxınlığında bir qəsri, bir neçə saatdan sonra isə bütün şəhəri ələ keçirə biliblər.

    Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, gecə boyu endirilən 64 aviazərbə nəticəsində 11 tank və piyadaların döyüş maşını, iriçaplı pulemyotla təchiz edilmiş 31 avtomobil və 300-dən çox terrorçu məhv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi