Yuxarı

​İŞİD Suriyanın Palmira şəhərində 400 dinc sakini edam edib

Öldürülənlər arasında qadınlar və uşaqlar da var

Bakı. 24 may. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Palmira şəhərində 400 dinc sakini edam ediblər.

"Report" xəbər verir ki, qətlə yetirilənlər arasında qadınlar və uşaqlar da var.

Bundan bir neçə gün əvvəl məlum olub ki, İŞİD silahlıları Suriya qoşunları ilə davam edən silahlı toqquşmadan sonra qədim tarixə malik olan şəhəri ələ keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi