İŞİD Suriyadakı terror aktlarına görə məsuliyyəti üzərinə götürüb

İŞİD Suriyadakı terror aktlarına görə məsuliyyəti üzərinə götürüb Bakı. 26 iyul. REPORT.AZ/ İŞİD terror qruplaşması Suriyanın cənubundakı Es-Suveyd vilayətində törədilən silsilə terror aktlarına görə məsuliyyəti üzərinə götürüb.
Digər ölkələr
26 İyul , 2018 02:21
İŞİD Suriyadakı terror aktlarına görə məsuliyyəti üzərinə götürüb

Bakı. 26 iyul. REPORT.AZ/ İŞİD terror qruplaşması Suriyanın cənubundakı Es-Suveyd vilayətində törədilən silsilə terror aktlarına görə məsuliyyəti üzərinə götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agency France Presse" məlumat yayıb.

Qeyd edək ki, dünən paytaxt Dəməşqdən 92 kilometr məsafədə yerləşən Es-Suveyd vilayətinin eyniadlı inzibati mərkəzi olan Es-Suveyd şəhərinin Suk-əl-Hodra meyvə bazarında güclü partlayış törədilib. Partlayış zamanı onlarla insan ölüb və xəsarət alıb.

Bundan sonra El-Musalleh rayonunda da partlayış törədilməsi barədə məlumat daxil olub.

Ölənlərin sayı barədə rəsmi məlumat yoxdur. Lakin bununla belə, bir sıra agentliklər terror aktları zamanı həlak olanların sayının 200 nəfəri ötdüyünü xəbər veriblər.

Son xəbərlər

Orphus sistemi