İŞİD​ Suriyada PKK terror təşkilatının 30 silahlısını öldürüb

İŞİD​ Suriyada PKK terror təşkilatının 30 silahlısını öldürüb Bölgədə gedən döyüşlər nəticəsində terrorçu PKK-nın dəstəsi geri çəkilib
Digər ölkələr
23 İyun , 2016 18:19
İŞİD​ Suriyada PKK terror təşkilatının 30 silahlısını öldürüb

Bakı. 23 iyun. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin şimal-şərqində yerləşən Münbiçi rayonunda terrorçu İŞİD-in PYD-yə (terrorçu PKK qruplaşmasının Suriyadakı dəstələrindən biri) qarşı hücumu nəticəsində 30 PKK terrorçusu ölüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İŞİD qruplaşması minalanmış avtomobili PYD-nin yerləşdiyi ərazidə partladıb.

Bölgədə gedən döyüşlər nəticəsində terrorçu PKK-nın dəstəsi Zingül əkin sahəsində geri çəkilib.

Məlumatda bildirilib ki, Fərat çayının qərbində ABŞ-ın dəstəklədiyi Suriya Ərəb Koalisiyası (SƏK) ilə İŞİD arasında döyüş davam edir. SƏK-in Münbiçin cənubundakı Cub Hamza kəndini topa tutması nəticəsində 5-i uşaq olmaqla 11 dinc sakin həyatını itirib.

Son xəbərlər

Orphus sistemi