​İŞİD Suriyada 400-dən çox insanı girov götürüb

​İŞİD Suriyada 400-dən çox insanı girov götürüb Bu, Deyr-əz-Zor şəhərində dinc sakinlərin qətliamından sonra baş verib
Digər ölkələr
17 Yanvar , 2016 14:50
​İŞİD Suriyada 400-dən çox insanı girov götürüb

Bakı. 17 yanvar. REPORT.AZ/ İŞİD terrorçuları ("İraq-Şam İslam Dövləti") Suriyada 400-dən çox insanı girov götürüblər.

"Report" xəbər verir ki, Livan KİV-nin məlumatına görə, bundan öncə isə terrorçular Əl-Baqiliyə kəndində 280 nəfər dinc sakini qətlə yetiriblər, meyitlərini isə Fərat çayına atıblar.

Suriya ordusunun hücumu nəticəsində yaraqlılar yaşayış məntəqəsindən qonşu bölgələrə qaçıblar.

Kənd Deyr-əz-Zor şəhəri yaxınlığında yerləşir və bir neçə aydır qruplaşma üzvlərinin mühasirəsindədir.

Son xəbərlər

Orphus sistemi