İŞİD Şri-Lankada partlayışlara görə məsuliyyəti üzərinə götürüb

İŞİD Şri-Lankada partlayışlara görə məsuliyyəti üzərinə götürüb İŞİD terror qruplaşması Şri-Lankada cümə günü törədilən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
Digər ölkələr
28 aprel 2019 02:36
İŞİD Şri-Lankada partlayışlara görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Şri-Lankada cümə günü törədilən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi bildirib.

Agentlik islamçıların şəbəkə resurslarına istinadən bildirib ki, Şri-Lanka polisi ilə toqquşmada qruplaşmanın üç döyüşçüsü iştirak edib. Onlar sonra Kalmunay şəhərində özlərini partladıblar.

Terror qruplaşması qeyd edib ki, hücum nəticəsində 17 polis əməkdaşı öldürülüb və ya yaralanıb. Ancaq İŞİD ada dövlətindəki hücumda iştirakına dair sübutları təqdim etməyib.

Cümə günü Şri-Lankanın şərq hissəsindəki Kalmunay şəhərində üç partlayış törədilib. Bundan sonra polis adanın şərqində komendant saatı tətbiq edib. Ada dövlətin hakimiyyət orqanları 20 nəfəri şübhəli şəxs kimi saxlayıb.

Son xəbərlər

Orphus sistemi