​İŞİD silahlılarının hücumu nəticəsində 56 hərbçi həlak olub

​İŞİD silahlılarının hücumu nəticəsində 56 hərbçi həlak olub Terrorçular ər-Ramadi şəhərinin böyük bir hissəsini ələ keçiriblər
Digər ölkələr
15 May , 2015 16:59
​İŞİD silahlılarının hücumu nəticəsində 56 hərbçi həlak olub

Bakı. 15 may. REPORT.AZ/ İraqın ər-Ramadi şəhərində İŞİD silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 56 əməkdaşı həlak olub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Xəbərə görə, bu gün səhər saatlarında İŞİD silahlıları şəhərə hücum edib. Nəticədə 6 hərbçi həlak olub, 18 nəfəri yaralanıb.

Bundan başqa, terrorçular hüquq-mühafizə orqanlarının 50 əməkdaşını qaçırdıqdan sonra onları edam ediblər.

Məlumatda bildirilib ki, terrorçular ər-Ramadi şəhərinin böyük bir hissəsini ələ keçiriblər. 

Son xəbərlər

Orphus sistemi