Bakı. 10 yanvar. REPORT.AZ/ Ötən gecə İŞİD silahlıları İraqın Mosul vilayətinin Güvər qəsəbəsinə hücum edib.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə məntəqəni nəzarət altına almağa çalışan terrorçularla peşmərgə qüvvələri arasında saatlarla şiddətli qarşıdurma baş verib.
Məlumatda peşmərgənin ağır itki verdiyi, İŞİD-dən 40, peşmərgədən 30 nəfərin öldüyü, həmçinin 42 peşmərgənin yaralandığı qeyd olunub.
Xəbərdə bölgənin bir hissəsinin İŞİD-in nəzarəti altına keçdiyi də vurğulanıb.