İŞİD rəhbərliyi Suiyanın şərqinə qaçıb

İŞİD rəhbərliyi Suiyanın şərqinə qaçıb Məlumata görə, onlar ailə üzvlərini Mosul və Rakkadan bir neçə ay əvvəl Əl-Məadinəyə köçürüblər
Digər ölkələr
16 İyun , 2017 11:59
İŞİD rəhbərliyi Suiyanın şərqinə qaçıb
Tass.ru

Bakı. 16 iyun. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının liderləri Suriyanın Rakka və İraqın Mosul bölgələrindən Suriyanın şərqində yerləşən Əl-Məadin şəhərinə qaçıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın rəsmi mənbələri və Suriya müxalifətinin təmsilçiləri bildirib.

İnformasiyaya əsasən, terrorçu qruplaşmanın əməliyyatlara rəhbərliyi yeni mərkəz sayılan Əl-Məadində yerləşir.

Məlumata görə, İŞİD-in başçıları ailə üzvlərini Mosul və Rakkadan bir neçə ay əvvəl bu şəhərə köçürüblər.

Qruplaşmanın lideri Əbu Bəkr əl-Bağadinin də Əl-Məadində olduğu bildirilib.  

Qeyd edək ki, Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Məadin şəhəri İraqla həmsərhəddə yerləşir. Bu şəhəri İŞİD özünə yeni “paytaxt” elan edib. 

Son xəbərlər

Orphus sistemi