İŞİD rəhbərinin bacısı İraqda edam ediləcək

İŞİD rəhbərinin bacısı İraqda edam ediləcək Bakı. 9 mart. REPORT.AZ/ İraqin Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror qruplaşmasının sabiq rəhbəri Əbu Umar əl-Bağdadinin bacısı barədə edam hökmü çıxarıb.
Digər ölkələr
102
9 Mart , 2018 05:23
İŞİD rəhbərinin bacısı İraqda edam ediləcək

Bakı. 9 mart. REPORT.AZ/ İraqin Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror qruplaşmasının sabiq rəhbəri Əbu Umar əl-Bağdadinin bacısı barədə edam hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Al Sumaria" telekanalı məlumat yayıb.

Qeyd edək ki, əsl adı Həmid əz-Zaui olan terrorçu 2006-2010-cu illərdə "Əl-Qaidə"nin İraqdakı özəyinə yaxud sonradan İŞİD-ə çevrilmiş "İraq İslam dövləti"nə rəhbərlik edib. O, 2010-cu ildə ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində öldürülüb və İŞİD-in hazırkı başçısı Əbu Bəkir əl-Bağdadi onun xələfi olub.

Məhkəmənin nümayəndəsi Əbdül-Səttar Berekdarın sözlərinə görə, Mərkəzi Cinayət Məhkəməsi ittiham edilənlərdən birinin - Əbu Umar əl-Bağdadinin bacısının işinə baxıb. Müttəhim terror qruplaşmasının üzvü olduğunu etiraf edib. Qadın silahlıları maliyyələşdirib və onlara logistik dəstək göstərdiyini boynuna alıb.

Məhkəmə İraqın terrorçuluqla mübarizə haqqında qanununa müvafiq hökm çıxarıb - adı açıqlanmayan qadın asılaraq edam olunacaq. Onun əri də terrorçu olub və daha əvvəl edam edilib.

Son xəbərlər

Orphus sistemi