Yuxarı

İŞİD radiosu yaponiyalı girovun qətlə yetirilməsini təsdiqləyib

Edam olunan girov Haruna Yukavadır

Bakı. 26 yanvar. REPORT.AZ/ "İslam dövləti" qruplaşmasının radiostansiyası internet efirində yaponiyalı girovlardan birinin qətlə yetirilməsini təsdiqləyib.

"Report" NHK telekompaniyasına istinadən xəbər verir ki, edam olunan girov Haruna Yukavadır.

Şənbə günü internet şəbəkəsində Yukavanın başı kəsilmiş bədəninin şəklini əlində saxlayan ikinci girov - yaponiyalı jurnalist Kenzi Qotonun olduğu videoçarx yayımlanıb. Orada Qoto Yukavanın qətlə yetirildiyini və qruplaşmanın tələbinin dəyişdiyini deyir. İndi "İslam dövləti" qruplaşması əvvəl tələb etdiyi 200 mln.dollar deyil, girovun azad olunması müqabilində terrorçu-kamikadze Sacıda ər-Rişauini həbsdən azad olunmasını istəyirlər. Xatırladaq ki, o Omanda törətdiyi 60 nəfərin həyatına son qoyan terror aktına görə ölüm cəzasına məhkum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi