İŞİD-nin pul vahidi qızıl dinar olacaq

İŞİD-nin pul vahidi qızıl dinar olacaq əxminən bir saat müddətli video-çarxda dinarın yaxın vaxtlarda dövriyyəyə buraxılacağı bildirilir
Digər ölkələr
31 Avqust , 2015 21:34
İŞİD-nin pul vahidi qızıl dinar olacaq

Bakı. 31 avqust. REPORT.AZ/ İŞİD terror qruplaşması qızıl dinarı pul vahidi kimi qəbul etməsi barədə video çarx hazırlayıb. "Report" BBC-yə istinadən xəbər verir ki, görüntüdə sikkələrin kəsildiyini və küçədə insanlara nümayiş edildiyini görmək olar.

“Xilafətin yüksəlişi: Qızıl Dinar geri qayıdır” adlı video çarx ərəb və ingilis dilləri ilə yanaşı daha beş dildə təqdim olunub.

Təxminən bir saat müddətli video-məlumatda dinarın yaxın vaxtlarda dövriyyəyə buraxılacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi