Bakı.23 fevral. REPORT.AZ/ İŞİD terrorçuları İraqın Mosul şəhərində mərkəzi kitabxananı partladıb.
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində on minə yaxın kitab yanıb.
Kitabxananın direktoru deyib ki, partlayış üç mərtəbəli binanı əhatə edib: "Kitabxananın həyətində terrorçular İraqın mədəni irsi olan əlyazmalar və kitablardan tonqal qalayıblar. Məhv edilən kitablar arasında mədəniyyət, fəlsəfə və tarix üzrə nadir kitablar var. İŞİD terorroçuları bildirb ki, guya bu əlyazma və kitablarda islama aid olmayan yad fikirlər yazılıb".
Ənbar əyalət şurasının üzvü Ədal əl-Fahdauinin sözlərinə görə, son həftə radikallar yüz mindən artıq kitab olan daha bir neçə kitabxananı dağıdıblar.