İŞİD Mosulda 50 dinc sakini edam edib

İŞİD Mosulda 50 dinc sakini edam edib Buna səbəb dinc sakinlərin qaçmağa və hərbçilərə qoşulmağa cəhd göstərmələri olub
Digər ölkələr
8 Aprel , 2017 22:08
İŞİD Mosulda 50 dinc sakini edam edib

Bakı. 8 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində 50 dinc sakini edam edib.

"Report"un məlumatına görə, bu barədə "Shafaq News" yerli sakinlərə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb dinc sakinlərin qaçmağa və hərbçilərə qoşulmağa cəhd göstərmələri olub.

Şahidlərin sözlərinə görə, terrorçular Mosulun mərkəzində Ras əl-Cad və Əl-Muşahad rayonlarının sakinlərinə divan tutublar. Sakinlər bildiriblər ki, öldürülənlərin meyitləri küçələrdə qalıb.

Qeyd edək ki, İŞİD silahlıları Mosulda dinc sakinlərdən canlı sipər kimi istifadə edir, edam edilmiş qaçqınların meyitləri ilə sakinləri qorxu altında saxlamağa çalışırlar. BMT-nin məlumatına görə, döyüş əməliyyatı zonasında 400 min insan qalmaqdadır. 

Son xəbərlər

Orphus sistemi