İŞİD Mosulda 200 dinc sakini qətlə yetirib

İŞİD Mosulda 200 dinc sakini qətlə yetirib Terrorçular həmin sakinləri onlar tərəfdən döyüşməyə məcbur etmək istəyiblər, lakin mülki insanlar buna qarşı çıxıblar
Digər ölkələr
24 Oktyabr , 2016 09:28
İŞİD Mosulda 200 dinc sakini qətlə yetirib

Bakı. 24 oktyabr. REPORT.AZ/ İraqın Mosul şəhərində terrorçu İŞİD qruplaşması 200 mülki sakini qətlə yetirib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu İraq parlamentinin Ninova rayonundan olan deputatı İntisar əl-Cuburi bildirib.

O bildirib ki, terrorçular həmin sakinləri onlar tərəfdən döyüşməyə məcbur etmək istəyiblər, lakin mülki insanlar buna qarşı çıxdıqlarına görə, qətlə yetiriliblər.

Deputat söyləyib ki, qətllər Mosulun bir neçə rayonunda törədilib. O, öldürülənlərin cənazələrinin ailələrinə verilmədiyini də vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi