İŞİD Misirdəki dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD Misirdəki dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb Terror aktı zamanı 25 nəfər ölüb, 49 nəfər yaralanıb
Digər ölkələr
14 Dekabr , 2016 01:27
İŞİD Misirdəki dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb

Bakı. 14 dekabr. REPORT.AZ/ İŞİD terror qruplaşması Misirin paytaxtı Qahirə şəhərindəki kilsədə baş vermiş dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Qeyd edək ki, hadisə bazar günü, paytaxtda, Abbasidəki kilsədə qeydə alınıb. Terror aktı zamanı 25 nəfər ölüb, 49 nəfər yaralanıb.

Misirin prezidenti Əbdül Fəttah əs-Sisi matəm mərasimində bildirib ki, hadisəni gənc terrorçu törədib. Faktla bağlı 4 nəfər – 3 kişi və 1 qadın saxlanılıb. Onlar terror aktına hazırlıq planını həyata keçirməkdə, kamikadzeyə təlim keçməkdə, terror aktının yerini seçməkdə, habelə terrorçunu sığınacaqla təmin etməkdə şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi