​İŞİD Liviyada neft terminalına hücum edib

​İŞİD Liviyada neft terminalına hücum edib Hücum edilən hər iki rayon Sirt körfəzi sahilində, Ras-Lanufun yaxınlığında yerləşir
Digər ölkələr
21 Yanvar , 2016 15:00
​İŞİD Liviyada neft terminalına hücum edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması Liviyanın şimal-şərqində yerləşən Ras-Lanuf neft terminalına, eləcə də "Harouge Oil Cooperation" şirkətinin mənzil-qərargahına hücum edib.

"Report" xəbər verir ki, məlumatı "Sky News Arabia" yayıb.

Hökumətyönlü silahlılarının terrorçulara qarş əməliyyat keçirmələrinə və onların mövqelərinə havadan zərbələr endirilməsinə baxmayaraq, İŞİD Liviyanın iki karbohidrogen ixracı terminalına - Əs-Sidr və ben-Cavada doğru irəliləməkdədir.

Qeyd edək ki, hər iki rayon Sirt körfəzi sahilində, Ras-Lanufun yaxınlığında yerləşir. 

Son xəbərlər

Orphus sistemi