Bakı. 24 oktyabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkir əl-Bağdadi əməliyyatdan iki gün sonra Mosuldan Suriyanın Rakka şəhərinə qaçıb.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, bu məlumatı İraqın kəşfiyyat qurumu yayıb.
Məlumata görə, o, oktyabrın 19-da Mosulda görünüb.
Xəbərdə bildirilib ki, İraq ordusu Mosul şəhərinin 8 kilometrliyinədək irəliləyib.











