Bakı. 27 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadi İsrailin ünvanına təhdidlə çıxış edib. O bildirib ki, terrorçular günbəgün yəhudi dövlətinin sərhədlərinə yaxınlaşırlar.
"Report" xəbər verir ki, bu barədə "Qaarets" nəşri yazıb.
Terror qruplaşmasının lideri qeyd edib ki, beynəlxalq ictimaiyyətin bütün səylərinə baxmayaraq, bombardımanlar terrorçulara xüsusi bir ziyan vurmayıb.