​İŞİD-lə Əsəd rejimi arasında vasitəçilik edən şəxslərə və şirkətlərə sanksiya tətbiq olunub

​İŞİD-lə Əsəd rejimi arasında vasitəçilik edən şəxslərə və şirkətlərə sanksiya tətbiq olunub "Qara siyahı"ya düşənlər arasında Rusiya vətəndaşı da var
Digər ölkələr
26 Noyabr , 2015 14:11
​İŞİD-lə Əsəd rejimi arasında vasitəçilik edən şəxslərə və şirkətlərə sanksiya tətbiq olunub

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ-ın Xəzinə Nazirliyi Suriyada Bəşşar Əsəd rejiminə maliyyə yardımı göstərən və terrorçu İŞİD qruplaşmasından neft alınmasına vasitəçilik edən 4 nəfəri və 6 şirkəti sanksiya tətbiq olunanların "qara siyahı"sına daxil edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onların arasında Rusiya vətəndaşları da var. 

Nazirliyin açıqlamasında sanksiya tətbiq ediləcək bəzi şəxslər və şirkətlər haqda məlumat verilib.

Məlumata görə, Suriya vətəndaşı George Hasvani və sahibi olduğu "HESCO" İnşaat-Mühəndis şirkəti İŞİD-dən Əsəd rejimi üçün neft alınmasında vasitəçilik edib. Bu şirkət İŞİD-in nəzarət altında olan ərazilərdə fəaliyyət göstərib. Belə fəaliyyətinə görə Avropa İttifaqı bu ilin martında "HESCO"-ya sanksiya tətbiq edib.

"Qara siyahı"da Cənubi Kiprdə yerləşən Nikos Nikolaou, Əsəd rejiminin Rusiyadakı maliyyə məsələləri üzrə təmsilçisi Mudalal Xuri, Rusiyanın Kalmıkiya Respublikasının başçısı, FİDE-nin prezidenti Kirsan İlyümjanovun da adları var.

"Rusiya Maliyyə Alyans bankı"na da sanksiya tətbiq edilib. Bu maliyyə qurumu və M.Xurinin nəzarət etdiyi 4 şirkət - "Primax Konsaltinq", "Ezgoo İnvestisiya", "Hudsotrade Limited" və "Kremsont ticarət" "qara siyahı"ya daxil edilib.

Məlumata görə, sanksiyaya məruz qalan şəxslər və şirkətlərin ABŞ-dakı bütün bank hesabları dondurulub. Həmin şəxs və şirkətlərin ABŞ-da ticarət fəaliyyəti qadağan olunub.

Qeyd edək ki, məsələyə Rusiya xarici işlər nazirinin müavini münasibət bildirərək deyib ki, bu sanksiya münasibətlərə yeni mürəkkəblik gətirəcək. 

Son xəbərlər

Orphus sistemi