İŞİD Las-Veqasdakı hücumun məsuliyyətini üzərinə götürüb

İŞİD Las-Veqasdakı hücumun məsuliyyətini üzərinə götürüb Terror təşkilatı Stiven Paddokun aylar əvvəl müsəlman olduğunu iddia edib
Digər ölkələr
2 Oktyabr , 2017 18:35
İŞİD Las-Veqasdakı hücumun məsuliyyətini üzərinə götürüb

Bakı. 2 oktyabr. REPORT.AZ/ İŞİD terror təşkilatı ABŞ-ın Las Veqas şəhərindəki hücumun məsuliyyətini öz üzərinə götürüb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qruplaşma öz saytında yaydığı açıqlamada hadisəni törədən 64 yaşlı Stiven Paddokun aylar əvvəl müsəlman olduğunu iddia edib. 

Qeyd edək ki, ABŞ hadisəni terror aktı saymır. 

Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb. Bu, ABŞ tarixində ən ölümcül atışma hadisəsi olub. 

Son xəbərlər

Orphus sistemi