"Report" xəbər verir ki, endirilən zərbələrin təqribən yarısı Suriya-Türkiyə sərhədi yaxınlığında son aylar davam edən silahlı münaqişənin strateji mühüm obyekti olaraq qalan Kobani şəhərindəki İŞİD obyektlərinin payına düşüb.
Pentaqonun məlumatına görə, dekabrın 26-da, həmçinin İraqdakı obyektlərə ona yaxın zərbə endirilib. Hava hücumu zamanı böyük hissəsi İŞİD-in nəzarəti altında olan Ənbar əyalətində terrorçuların raket sistemi məhv edilib.