Bakı. 3 yanvar. REPORT.AZ/ İŞİD terror təşkilatı İraqın Kərkük şəhərinin 55 kilometr cənubundakı Havicə rayonunun əl-Şəcərə və Garip kəndlərindən olan 170 gənci girov götürüb.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, əl-Cubur tayfasına mənsub olan həmin vətəndaşların İŞİD bayrağını yandırıdığı iddia olunur. Əksəriyyəti İraq hökumətinə bağlı təhlükəsizlik qüvvələrində xidmət keçən gənclərin Havicə rayonunun mərkəzindəki həbsxanalara aparıldığı bildirilib.
Qeyd edək ki, İŞİD ötən ay da əl-Cubur tayfasından 50 nəfəri saxlamış və iki gün davam edən sorğu-sualdan sonra sərbəst buraxmışdı.