İŞİD Kabildə Hərbi Akademiyaya edilən hücuma görə məsuliyyəti üzərinə götürüb - YENİLƏNİB

İŞİD Kabildə Hərbi Akademiyaya edilən hücuma görə məsuliyyəti üzərinə götürüb - YENİLƏNİB İki hərbçi ölüb, daha on nəfər yaralanıb
Digər ölkələr
29 Yanvar , 2018 09:37
İŞİD Kabildə Hərbi Akademiyaya edilən hücuma görə məsuliyyəti üzərinə götürüb - YENİLƏNİB

Bakı. 29 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşması Kabildə Hərbi Akademiyaya edilən hücuma görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

***08:58

Bazar ertəsi səhər bir qrup naməlum şəxs Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən marşal Fahim adına Hərbi Akademiyaya hücum edib. Nəticədə 2 hərbçi ölüb, daha 10 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərbçilərə istinadən "Pajhwok" agentliyi məlumat yayıb.

Bildirilir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib. Onlardan 3 nəfəri məhv edilib, 1-i saxlanılıb, 1-i müqaviməti davam etdirir.

Son xəbərlər

Orphus sistemi