Bakı. 3 fevral. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri iordaniyalı pilotun edamının görüntülərini yayıblar.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, girov diri-diri yandırılıb.
Yayılan videokadrlarda narıncı geyimdə olan təyyarəçinin dəmir qəfəsin içində yandırıldığını görmək olar.
Məlumata görə, İŞİD yaraqlıları pilotu onun təyyarəsi ötən ilin dekabrında Suriyada qəzaya uğradıqdan sonra girov götürüblər.