İŞİD-in Suriyada qaçırdığı türk əsgərlərinin meyiti tapılıb

İŞİD-in Suriyada qaçırdığı türk əsgərlərinin meyiti tapılıb Kıvanç Kaşıkçı ötən il noyabrın 29-da itkin düşmüşdü
Digər ölkələr
9 yanvar 2017 21:54
İŞİD-in Suriyada qaçırdığı türk əsgərlərinin meyiti tapılıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyə ordusu tərəfindən Suriyada keçirilən “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatının 98-ci günündə İŞİD terrorçuları tərəfindən qaçırılmış və türk hərbçilərinin 40 gündən çoxdur heç bir məlumat ala bilmədikləri əsgərin aqibəti məlum olub.

"Report" xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Məlumata görə, çavuş Kıvanç Kaşıkçının şəhid olduğu məlum olub. Onun şəhid olması haqda məlumatı ailəsinə Çanaqqala valisi Orxan Tavlı və qarnizon komandiri, kontr-admiral Tayyar Erten verib.

Şəhidin cənazəsi Kilisə gətirilib və onun evindən böyük türk bayrağı asılıb.

"Habertürk" isə İŞİD-in qaçırdığı digər əsgərin Məhəmməd Duran Kəskinin də meyitinin terrorçulardan geri alındığını xəbər verib. 

Qeyd olunur ki, hər iki türk əsgəri ötən il noyabrın 29-da terrorçuların türk hərbçilərinin olduğu avtomobilə hücum zamanı əsir götürülüb.  

Son xəbərlər

Orphus sistemi