Suriyada İŞİD-in hücumu nəticəsində 2 türk hərbçisi şəhid olub, daha 2-i yaralanıb

Suriyada İŞİD-in hücumu nəticəsində 2 türk hərbçisi şəhid olub, daha 2-i yaralanıb Hazırda yaralı əsgərlərin müalicəsi davam etdirilir
Digər ölkələr
4 yanvar 2017 20:40
Suriyada İŞİD-in hücumu nəticəsində 2 türk hərbçisi şəhid olub, daha 2-i yaralanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyada keçirdikləri "Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatının 134-cü günündə itki verib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, İŞİD terrorçuları Əl Bab mərkəzinə doğru irəliləməyə çalışan Suriya ordusuna dəstək verən türk hərbçilərinə hücum edib.

Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb. Şəhid əsgərin cənazəsi və yaralı əsgərlər Kilis və Qaziantepdəki xəstəxanalara gətirilib. Lakin yaralı əsgərlərdən daha biri Qaziantepdəki xəstəxanada dünyasını dəyişib.

Hazırda yaralı əsgərlərin müalicəsi davam etdirilir.

Xəbərdə həmçinin bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələrin Əl Babda keçirdikləri əməliyyat zamanı İŞİD komandirlərindən biri məhv edilib.

Son xəbərlər

Orphus sistemi