Yuxarı
    Bağlamaq

    ​İŞİD-in Səudiyyə qanadı Ərəb yarımadasını şiələrdən təmizləmək niyyətindədir

    Yarımada əhalisinin 10 milyona yaxınını şiələr təşkil edir

    Bakı. 30 may. REPORT.AZ/ “İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Səudiyyə Ərəbistanında fəaliyyət göstərən qanadı silahdaşlarını Ərəbistan yarımadasındakı şiələrin hamısını öldürməyə çağırıb.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, yayılan videomüraciətdə radikal bildirir ki, şiələr “kafir və dönükdürlər, onların qanını tökmək, pullarını isə əllərindən almaq icazəlidir”.

    “Onlar Məhəmmədin (s) yarımadasında bu dinsizliklərini davam etdirərlərsə,onda necə olacaq?” - deyə terrorçuların lideri sual ilə müraciət edib.

    Açıq mənbələrin məlumatına görə, Ərəbistan yarımadasının 77 milyon sakinindən ən azı 10 milyon nəfəri şiələrdir ki, onların da əksəriyyətini Yəmən sakinləri təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi