İŞİD-in nəzarətində olan Qərbi Mosulda 300 minə qədər dinc sakin qalmaqdadır

İŞİD-in nəzarətində olan Qərbi Mosulda 300 minə qədər dinc sakin qalmaqdadır Terrorçular dinc sakinlərə şəhərin rayonlarını tərk etməyə imkan vermirlər
Digər ölkələr
4 Aprel , 2017 23:56
İŞİD-in nəzarətində olan Qərbi Mosulda 300 minə qədər dinc sakin qalmaqdadır

Bakı. 4 aprel. REPORT.AZ/ İraqın Mosul şəhərinin İŞİD-in nəzarəti altında olan qərb hissəsində 200 mindən 300 minə qədər dinc sakin qalmaqdadır.

"Report" xəbər verir ki, bu barədə İraq ordusundakı mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Bizdə olan məlumatlara görə, Mosulun İŞİD-in nəzarəti altında olan ərazilərində hazırda 200 mindən 300 minədək mülki vətəndaş qalmaqdadır", — deyə Mosulda İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar aparan İraqın hökumət qüvvələrinin birləşmiş komandanlığı qərargahından olan yüksək vəzifəli şəxs bildirib.

İŞİD terrorçuları dinc sakinlərin şəhərin onların nəzarəti altında olan rayonlarını tərk etməsinə imkan vermirlər və buna görə onları edam edəcəkləri ilə hədələyirlər.

Son xəbərlər

Orphus sistemi