İŞİD-in neft gəlirləri iki dəfə azalıb

İŞİD-in neft gəlirləri iki dəfə azalıb Bu barədə BMT baş katibinin hesabatında deyilir
Digər ölkələr
7 Fevral , 2017 00:16
İŞİD-in neft gəlirləri iki dəfə azalıb

Bakı. 7 fevral. REPORT.AZ/ Ötən il İŞİD terrorçularının neftdən əldə etdikləri qazanc demək olar ki, iki dəfə azalıb.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin İŞİD təhlükəsinə həsr olunmuş sayca dördüncü hesabatında bildirilir.

BMT-nin İraqa yardım göstərilməsi missiyasının hesabatda qeyd olunan məlumatlarına görə, İŞİD, əsasən Deyr-əz-Zor mühafəzəsindəki (Suriya) yataqlardan çıxarılan neftin qanunsuz satışından 2015-ci ilin 500 milyon dollarına nisbətdə təqribən 260 mln. dollar qazanıb.

Terrorçular, həmçinin adam oğurluğu və insan alveri, qədim abidələrin talan edilməsi, xarici ianələr, elektrik enerjisi və kənd təsərrüfatı məhsullarının satışından vəsait əldə edirlər.

Son xəbərlər

Orphus sistemi