​İŞİD-in neft avadanlığının bir hissəsi məhv edilib

​İŞİD-in neft avadanlığının bir hissəsi məhv edilib Bir sutkada terrorçuların mövqelərinə havadan 14 zərbə endirilib
Digər ölkələr
3 Fevral , 2015 17:42
​İŞİD-in neft avadanlığının bir hissəsi məhv edilib

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ və müttəfiqlərinin Hərbi Hava Qüvvələri son sutka ərzində İŞİD-in İraq və Suriyadakı mövqelərinə havadan daha 14 zərbə endiriblər.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu haqda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından bildirilib.

İŞİD-in əsasən Suriyanın bu yaxınlarda terrorçulardan azad edilmiş Kobani (Ayn əl-Ərəb) şəhəri yaxınlığındakı obyektləri bombalanıb. Onların əl-Xasak şəhərinin yaxınlığındakı neft avadanlığı məhv edilib.

Məlumata görə, İŞİD-in İraqın Mosul, Telafər və Fəlluca şəhərlərindəki düşərgələri də dağıdılıb. 

Son xəbərlər

Orphus sistemi