İŞİD-in Mosulda kükürd zavodunu yandırması səbəbindən 1000-ə yaxın insan zəhərlənib

İŞİD-in Mosulda kükürd zavodunu yandırması səbəbindən 1000-ə yaxın insan zəhərlənib Daha 2 nəfər toksik qazdan zəhərlənərək ölüb
Digər ölkələr
22 Oktyabr , 2016 22:41
İŞİD-in Mosulda kükürd zavodunu yandırması səbəbindən 1000-ə yaxın insan zəhərlənib

Bakı. 22 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması silahlılarının Mosul şəhəri yaxınlığında yerləşən kükürd zavodunu yandırmaları səbəbindən 2 nəfər toksik qazdan zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, zavodun yandırılması zamanı 1000-ə yazın insan qazla zəhərlənmə səbəbindən tibbi yardım üçün xəstəxanalara müraciət ediblər.

Qeyd edək ki, bir qədər əvvəl İraq generallarından biri hadisə zamanı heç kimin ölmədiyini bildirmişdi. ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının kükürd zavodunu İraq ordusunun Qayara şəhərindən çıxarılması üçün yandırdığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi